22 May 2021 09:38
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.

“Bu gün Mövlud Çavuşoğlu ilə vaxtında danışmaq fürsəti tapdım. NATO müttəfiqimiz Türkiyə ilə ortaq prioritetlər məsələsində əməkdaşlığımızın davam etməsi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Yunanıstanla konstruktiv danışıqlara dəstək verdiyimizi diqqətinə çatdırdım”, - Blinken qeyd edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da görüşlə əlaqədar açıqlama verib:

“Dövlət katibi Blinken və Xarici işlər naziri Çavuşoğlu ilə Suriya və Əfqanıstandakı ortaq maraqlarımız da daxil olmaqla, ABŞ və Türkiyə arasındakı əməkdaşlığın əhəmiyyətini müzakirə ediblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər