İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) 2 min kilometr məsafəyə yetişə bilən yeni pilotsuz uçan aparatını (PUA) təqdim edib.
Teleqraf.com xəbər verir ki, SEPAH komandanı Hüseyn Səlami yeni PUA-nın təqdimat mərasimində iştirak edib.
“Qəzza” adlandırılan dronun 35 saat havada qaldığı, 13 bomba daşıdığı və 2 min kilometr məsafəyədək uçduğu iddia olunub.
Bundan əlavə, “Qəzza”nın təkcə hərbi və müdafiə sahələrində yox, axtarış-xilasetmə sahələrində də istifadə ediləcəyi bildirilib.