Pakistanın Orakzay bölgəsindəki Şahinder rayonunda polis nəzarət məntəqəsinə silahlı bir qrup tərəfindən hücum təşkil olunub.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, baş verən qarşıdurma nəticəsində 20-si döyüşçü olmaqla 26 nəfər həlak olub. Hücumun baş verməsinə əsas səbəb kimi gecə saatlarında bölgədə terrorçulara qarşı aparılan əməliyyatlarda 33 döyüşçünün öldürülməsi göstərilir.
Qeyd edək ki, hökumətin göstərişi ilə Pakistan ordusu ölkənin Şimali Vəziristan bölgəsində terrorçulara qarşı hücumlarını gücləndirib.
Samir