Türkiyənin Ermenek rayonunda baş verən qəzasının fəsadları aradan qaldırılmamış Bartın bölgəsindən də faciəli xəbər gəlib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Bartının Amasra rayonunda özəl kömür mədənində uçqun baş verib. Hadisə nəticəsində 3 çinli fəhlə uçqun altında qalıb.
İş yoldaşları tərəfindən uçqun altından yaralı halda çıxarılan 40 yaşlı Çin vətəndaşı Şouping Suy isə dərhal Bardın Dövlət Xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.
Samir