İngiltərə müdafiə naziri Ben Uolles Rusiyanı “bir nömrəli təhlükəli düşmən” adlandıraraq, ölkəsinin sahillərində rus gəmilərinin aktivliyinin artmasından narahatlığını bildirib.
Teleqraf.com xəbər verir ki, nazir bunu ingilis nəşri “Teleqraf”a bildirib.
Nazirin sözlərinə görə, İngiltərə gərginliyi azaltmaq bütün metodları sınayır: “Ancaq indi, Rusiya münasibətini dəyişdirənə qədər hara getdiyimizi anlamaq olduqca çətindir”.
Uolles həmçinin 2020-ci ilin sonunda Rusiyanın bir sualtı gəmisinin İrlandiyada yaxınlığında görüldüyünü vurğulayıb.
Qeyd edək ki, İngiltərə hökuməti bundan əvvəl Rusiyanın Avropanın təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığını bildirib. Artan Rusiya təhlükəsinə qarşı Böyük Britaniya Silahlı Qüvvələrinin modernizasiyası aparılır. Bu çərçivədə krallığın nüvə arsenalının genişləndirilməsi təklif olunub.