“Qonşumuz Yunanıstan davranışları və ritorikası ilə işin müsbət gedişatını sabotaj etmək üçün əllərindən gələni edir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
“Bu yolun bir çıxışı olmadığını xatırlatmaq istəyirəm. Bu ritorika və sabotajla bir yerə çatmaq mümkün deyil”, - Akar qeyd edib.
Müdafiə naziri Türkiyənin terror təşkilatlarına qarşı apardığı hərbi əməliyyatlara da diqqət çəkib.
Akar qeyd edib ki, yanvarın 1-dən bu yana əməliyyatlarda 1107 terrorçu zərərsizləşdirilib.