İran ordusu kiber təhdidlərlə mübarizə gücünü artırmaq məqsədilə “Fəth-1” kod adı altında birgə təlim-məşqləri keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran ordusunun baş komandanının koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari məlumat verib.
O bildirib ki, müasir dünyada kiber təhlükəsizliyin təmin olunması çox mühüm məsələlərdən biridir. Təlimlərin məqsədi ordunun kiber təhdidlərə qarşı müdafiəsini gücləndirməkdən ibarətdir.
Hər bir ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə olması onun kiber təhlükəsizliyinin təminindən çox asılıdır.