Polşa Prezidenti Andrzej Duda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Polşa arasındakı ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə ediləcək, müqavilələr imzalanacaq.
Qeyd edək ki, ötən gün Polşanın müdafiə naziri Mariuş Blaşak ölkəsinin 24 ədəd “Bayraktar TB2”i tank əleyhinə sursatları ilə birlikdə alacaqlarını açıqlayıb.
“Bayraktar TB2” Polşaya 2022-ci ildə təslim ediləcək. Bununla da Polşa Türkiyədən SİHA almış ilk NATO üzvü sayılacaq.