Türkiyədə son sutkada 197 nəfər koronavirusun qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda daha 7839 nəfər COVID-19-a yoluxub. Aktiv xəstələrin sayı 710 nəfərdir, 11 min 202 nəfər isə sağalaraq evə buraxılıb.