Hindistanda ötən gün ərzində daha 222 835 nəfər koronavirusa yoluxub.
Tekeqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə pandemiya dövründə koronavirusa yoluxanların ümumi sayı 26 751 681-ə çatıb.
Həmçinin qeyd olunub ki, ötən sutka ərzində koronavirusdan 4 455 nəfər ölüb. Bununla da Hindistan üzrə koronavirusdan ölənlərin ümumi sayı 303 751-ə çatıb.