24 May 2021 10:30
2 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırovu “şeytan” adlandıran 17 yaşlı bir "TikTok" istifadəçisi ondan üzr istəyib.

Teleqraf.com xəbər verir ki, “Məni istəməyən bəzi yoldaşlar yaşayış yerimi bildikləri üçün indi üzr istəməli oldum”, - o bildirib.

17 yaşlı gənc həmin yoldaşlarını onu satmaqda ittiham edib:

“Meşədə gizlənməkdənsə, üzr istəmək qərarı verdim”.

Sosial şəbəkədə cəmi 7 izləyici olan şəxs videonun belə rezonans doğuracağını bilmədiyini deyib.

Kadırov mayın 18-də onu “şeytan” adlandıran şəxsi tapıb məhv edəcəyinə söz vermişdi.

“Gəl görək, şeytan kimdir?! Çox “şeytan”ı məhv etdim, səni də məhv edəcəyəm”, - Çeçenistan lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər