24 May 2021 23:27
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müsəlmanları İdarəsi (RMİ) Səudiyyə Ərəbistanına Həcc ziyarəti ilə bağlı müraciət edib.

Teleqraf.com xəbər verir ki, RMİ sədrinin müavini və Rusiya Müftilər Şurasının sədri Ruşan Abbyasovun müraciətində koronavirusa qarşı peyvənd edilmiş zəvvarların ölkəyə buraxılması xahiş olunur.

Səudiyyə Ərəbistanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi preparatlarla peyvənd olunmuş zəvvarların Həcc ziyarətinə buraxılması barədə qərar qəbul edib. “Sputnik V” peyvəndi isə ÜST tərəfindən qəbul edilməyib.

Bu səbəbdən RMİ “Sputnik V” vaksini ilə peyvənd olunmuş zəvvarların da Həcc ziyarətinə buraxılmasına icazə verilməsini xahiş edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər