25 May 2021 08:25
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari bildirib ki, Belarusun "Belavia" aviaşirkətinin təyyarələri üçün Fransa ərazisi üzərində uçuşlara icazə dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir özünün tvitterdəki səhifəsində yazıb.

O, həmçinin Fransanın aviaşirkətlərini uçuşların həyata keçirilməsi üçün Belarusun hava məkanından istifadə etməməyə çağırıb.

"Sərnişinlərin təhlükəsizliyi üçün Fransada işləyən aviaşirkətlərdən Belarusun hava məkanı üzərindən daha uçmamağı xahiş etdim. Həmçinin "Belavia"nın uçuşlarına icazə dayandırılıb", - Cebarri sosial şəbəkədəki hesabında yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər