25 May 2021 10:55
4 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden “Ryanair” sərnişin təyyarəsinin Minskə məcburi endirilməsi və “NEXTA” Teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviçin tutulması ilə əlaqədar Avropa Birliyinin (AB) Belarusa qarşı sanksiyalar tətbiq edilməsi çağırışını dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Amerika lideri AB-yə təyyarənin təcili enişində iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacib olduğunu bildirib.

ABŞ prezidenti bundan əvvəl Aleksandr Lukaşenko adminitsrasiyasını Protaseviçi və haqsız yerə həbs olunan digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb. O, olayı “siyasi müxalifət və mətbuat azadlığına biabırçı hücum” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər