Qarabağdakı Rusiya sülhməramlı kontingenti atəşkəs rejiminə riayət olunmasını izləməyə davam edir, həmçinin nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları qeydə alınmayıb. Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər olmayıb”, - açıqlamada qeyd olunub.
“Monitorinq gecə-gündüz aparılır və mülki nəqliyyat vasitələrinin təhlükəsizliyi də təmin edilir”, - sülhməramlıların zabiti Sergey İvanov bildirb.
Açıqlamada qeyd olunub ki, müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətəri ilə məşğul olur, pozuntuların qarşısını almaq üçün təlimlər keçir və müşahidə məntəqələrinə mümkün hücumun qarşısının alınmasını məşq edir.