26 May 2021 10:09
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, seçkilərdə indiki dövlət başçısı Bəşər Əsədin dördüncü dəfə qalib gələcəyi gözlənilir.

Qeyd edək ki, bu seçkilərdə Bəşər Əsəd ölkə çapında tanınmayan iki namizədə qarşı mübarizə aparır.

10 ildir ki, vətəndaş müharibəsinin getdiyi Suriyada müxalifət faktiki seçkilərdə iştirak etmir. Qərbdə isə düşünürlər ki, bu seçkilərdə Əsəd Suriyada işlək dövlət mexanizmlərinin olduğunu göstərməyə çalışır.

Qeyd edək ki, Bəşər Əsəd hakimiyyətə 2000-ci ildə gəlib.

2011-ci ildə bu ölkədə başlayan vətəndaş müharibəsi səbəbindən 100 minlərlə insan həyatını itirib, 11 milyon insan isə evini tərk etməyə məcbur qalıb.


Müəllif: Cavad

Oxşar xəbərlər