Rusiyaya aid 3 ədəd uzunmənzilli Tu-22M3 model bombardmançı təyyarəsi Suriyanın Xmeymim hava bazasına göndərilib.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edib.
Nazirlik elan edib ki, Rusiyaya aid uzunmənzilli bombardmançı təyyarələr Suriyanın Lazkiyə məntəqəsində yerləşən Xmeymim hava bazasına göndərilib.
Rusiya bəyan edib ki, bombardmançı təyyarələr Aralıq dənizi üzərindəki hava sahəsində uçuşlar həyata keçirəcək və təlim sonrası hava bazalarına qayıdacaq.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kibry isə Suriya problemində iştirak edən bütün dövlətlərin burada sabitliyi poza biləcək addımlardan çəkinəcəyinə ümid etdiyini bildirib.
Əlavə edib ki, Rusiyanın bu addımının Suriyada destablizasiyaya səbəb olmayacağını gözləyirlər.
Qeyd edək ki, Rusiyanın bu addımının prezidentlər Putinlə Bayden arasında Cenevrədə keçirilməsi planlaşdırılan görüşdən əvvəl baş verməsi diqqəti cəlb edir.