Belarus Prezidenti Aleksandr Lukaşenko “Ryanair”in sərnişin təyyarəsinin Minskə təcili enişi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Onun sözlərinə görə, təyyarənin enişi ilə bağlı mesaj İsveçrədən gəlib.
“Ekipaj aviaşirkət və Vilnüsdəki hava limanı ilə məsləhətləşib, lakin Minskə enməyə qərar verib”, - Lukaşenko bildirib.
Belarus lideri təyyarənin enişinə icazə verməklə doğru qərar verdiyini deyib:
“Təyyarə “BelAES”in yaxınlığında endi. Birdən AES-in təhlükəsizlik sistemləri tam hazır vəziyyətə gətirilsəydi nə olacaqdı? Bütün beynəlxalq qaydalara uyğun olaraq insanları qorumaqla qanuni hərəkət etdim”.
Təyyarənin “MiQ-29” qırıcısı tərəfindən yerə endirilməsini “mütləq yalan” adlandırıb:
“Ekipaj və sərnişinlərin hava limanında silahlılar tərəfindən saxlanılması haqda iddia yalandır. Heyət yeddi saat kiməsə zəng etdi və uçmaq istəmədi”.
Mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsi gözlənilmədən Minskə eniş edib. İddiaya görə, sərnişin təyyarəsini enişə Belarus ordusuna məxsus “MiQ-29” qırıcısı məcbur edib. Enişdən dərhal sonra göyərtədə olan müxalif Teleqram kanalının rəhbəri Roman Protaseviç saxlanılıb.