1 Noyabr 2014 20:44
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd peşmərgə dəstələri “İslam dövləti” terror təşkilatı silahlıları tərəfindən ələ keçirilən Mosul şəhəri istiqamətində hücumu davam etdirirlər.

Teleqraf.com-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə cəbhə xəttində Peşmərgə qüvvələri komandanı Ziryan Şeyx Vəsani məlumat verib.

Onun sözlərinə əsasən, son iki gündə Peşmərgə döyüşçüləri silahlılardan üç kəndi azad ediblər və 10 kilometr irəli gediblər. Döyüşlər zamanı İŞİD 300 nəfər, bundan başqa hərbi texnika və nəqliyyat vasitəsi itirib.

Mosula 40 kilometr qaldığını qeyd edən Vasani əlavə edib ki, Fransa və Almaniyadan alınan silahlardan istifadə edirlər.“Ərbil əyaləti Mahmur şəhəri ətrafında 60-dan çox yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edə bilmişik. İndi Mosula getmək əmri gözləyirik”,- deyə Vasani bildirib.


Müəllif:

Oxşar xəbərlər