Oxot dənizində Yaponiya gəmisi ilə Rusiya gəmisi toqquşub.
Teleqraf.com xəbər verir ki, hadisə Oxot dənizinin Yaponiyanın şimalındakı Hokkaido əyalətinin sahillərində baş verib.
Yapon və rus balıqçı gəmilərinin toqquşması nəticəsində 3 nfər ölüb.
Məlumata görə, 622 tonluq “Amur” adlı rus gəmisi ilə 9,7 tonluq və 5 heyəti olan Yaponiya gəmisi səhər 06:00 radələrində toqquşub.
Vəfat edənlərin hamısı Yaponiya gəmisinin personalı olub.