Konqonun Beni şəhərində terrorçu olduğu ehtimal edilən şəxsə qarşı ağlasığmaz vəhşilik baş verib. İŞİD üzvü olduğundan şübhələndikləri bir adamı əvvəl daşlayaraq öldürüb, sonra da bədənini yandırıb yeyiblər.
Teleqraf.com-un məlumatına görə, Konqoda yerli əhali radikal bir qrup tərəfindən onlara edilən hücumun qisasını aldığını düşünərək, bu addımı atıblar.
İŞİD terror qruplaşmasının üzvü olduğu güman edilən həmin şəxsin kimliyi belə məlum deyil. sadəcə həmin şəxs mindiyi avtobusda yerli dili bilməməsi səbəbindən diqqətləri cəlb edib. Avtobusdan zorla yerə düşürülən gənc daşlanaraq öldürülüb. Daha sonra onun cəsədi yandırılıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.