Belçika “Johnson & Johnson” tərəfindən hazırlanan COVID-19 peyvəndinin istifadəsini qadağan edib.
Teleqraf.com xəbər verir ki, qərara “Johnson & Johnson” istehsal etdiyi peyvəndin istifadəsi zamanı baş verən ölüm hadisəsi səbəb olub.
Hökumət adıçəkilən şirkətin istehsal etdiyi vaksinin tətbiqi zamanı 40 yaş qrupunun altında olan bir xanımın vəfat etdiyini elan edib.
“Nazirliklər arasında apardığımız danışıqlar nəticəsində “Johnson & Johnson” peyvəndinin istifadəsini dayandırdıq. Avropa Dərman Agentliyi tərəfindən peyvəndin fayda-risk analizinin nəticələrini gözləyirik ”, - deyə Belçika hökuməti bəyan edib.
Mayın 21-də ölən qadının qanında laxtalanma meydana gəlib.