1 Noyabr 2014 21:26
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda bomba yüklü avtomobillə təşkil edilən hücumda 10 adam ölüb, 40 nəfər isə yaralanıb.

Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, terrorun hədəfi paytaxtın cənubundakı Bağdad Qapısına yaxın təhlükəsizlik idarəsi olub.

Teleqraf.com-un “TRT Haber”ə istinadən xəbər verir ki, yaralılar yaxın xəstəxanalara nəql edilib və hadisə yerində təhlükəsizlik çevrəsi yaradılıb.

Terror nəticəsində ağır yaralananlar olduğundan ölənlərin sayının artması istisna edilmir.

Nail Cəlil


Müəllif: