26 May 2021 18:39
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlərin Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu insidentin əsas səbəbi SSRİ dövründən miras qalan, Azərbaycan-Ermənistan sərhədinin beynəlxalq hüquqi cəhətdən formalaşmamasıdır: “Hesab edirik ki, bu cür problemi istisnasız olaraq sülh və danışıqlar yolu ilə həll etmək lazımdır. Rusiya buna hər cür kömək etməyə hazırdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər