27 May 2021 10:58
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In COVID-19 pandemiyası ilə əlaqədar narahatlıqlarına görə ictimai tədbirlərdə iştirakını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi Şimali Koreyadakı mənbələrə istinadən məlumat yayıb.

“Kim Çen Inın 2020-2021-ci illərdə ictimaiyyət qarşısında daha az göründüyü bir tendensiyanı müşahidə edirik. Yalnız istisnalar partiyanın qurultayı kimi böyük siyasi hadisələrdir”, - mənbə bildirib.

Məlumatda qeyd olunub ki, Şimali Koreya lideri son dəfə mayın 7-də Pxenyanda keçirilən konsertdə görünüb.

Kim Çen Inın 2020-ci ilin yazından uzun müddət ictimaiyyət qarşısında görünməməsi səhhəti ilə bağlı bir çox söz-söhbətə səbəb olub. Bundan sonra – aprelin 11-dən Şimali Koreya lideri tamamilə görünməz olub. Bu müddət ərzində bir neçə mühüm hadisəni, o cümlədən ölkənin əsas bayramı olan ”Kim İr Sen günü”ndə iştirak etməyib. Bir sıra mənbələr Kim Çen Inın ağır xəstə olduğunu və ya öldüyünü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu