27 May 2021 13:55
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi Rusiyanı “düşmən” adlandırmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi deyib.

“Heç kim Rusiya haqda “düşmən” ifadəsindən istifadə etmir. Bu, Rusiya haqda istifadə etdiyimiz termin deyil”, - Kirbi bildirib.

O, Rusiya-Serbiya hərbi təlimlərini də şərh edib. Amerikalı rəsmi detalları bilmədiyi və yetərli məlumata sahib olmadığı üçün bu məşqlərdən ətraflı danışa bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl iki ölkənin iyunun 11-də birgə təlimlərə başlayacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər