İllərdir ABŞ-ın təzyiqlərinə məruz qalan Hindistan Rusiyadan “S-400” hava müdafiə sistemləri almaq barədə qərar verib.
Teleqraf.com-un xəbərinə görə, sistemlərin ilk partiyası bu ilin sonunda Hindistana təhvil veriləcək.
“The Defense Post” məlumatı yayıb ki, Rusiya 5 milyard dollarlıq anlaşma çərçivəsində “S-400”ləri oktyabr-dekabr aylarında Hindistana göndərəcək.
“İnterfaks” ilin əvvəlindən bəri hindistanlı mütəxəssislərin “S-400”lərlə bağlı Rusiyada təlim keçdiyini yazıb.
Beləliklə, Hindistan Türkiyədən sonra Rusiyadan sözügedən raket komplekslərini alan ikinci ölkə olacaq.