27 May 2021 15:31
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO təyyarələri Aralıq dənizi üzərində Rusiyanın “Tu-22M3” bombardmançı təyyarələrinin qarşısını almağa çalışıb, lakin onu müşayiət edən “Su-35” qırıcıları onların özlərini geri qaytarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hunter's Notes” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, olay NATO-nun hərbi dəniz bazaları və ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcılarının Kipr və Livan arasındakı su hövzəsi üzərində keçirdikləri bombardman təlimindən sonra baş verib.

Rus qırıcıları Suriyadakı bazaya qayıdarkən NATO təyyarələri onların qarşısını almağa çalışıb. Lakin “Tu-22M3”ü müşayiət edən “Su-35” qırıcıları buna imkan verməyib. Qırıcını hava limanına müşayiət edib.

Kanalın məlumatına görə, onlarla birlikdə “A-50” uzaqmənzilli radar aşkarlama və nəzarət təyyarələri də dənizin üstündən uçub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər