Fransa Prezidenti Emmanuel Makrondan etiraf kimi açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Makron bu gün Ruandaya səfər edib.
“Yeni bir səhifə açmaq” üçün Ruandaya getdiyini bildirən Makron burada soyqırımı abidəsinə baş çəkəcəyi deyib.
Makronun 2015-ci ildən bəri paytaxt Kiqalidə səfiri olmayan Fransanın yeni səfirini elan edəcəyi də gözlənilir.
Qeyd edək ki, Fransa Ruandada soyqırım törətməkdə ittiham edilir. Bununla əlaqədar mart ayında Makrona hesabat təqdim olunub.