ABŞ qoşunları mayın 1-dən Əfqanıstandan çıxmağa başlayıb. Hazırda ABŞ əsgərlərinin Əfqanıstan ərazilərindən çıxdığı nöqtələrə Taliban hərəkatına bağlı qüvvələr yerləşir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası ciddi mənbələrə istinadən bildirir.
Qeyd edilir ki, ABŞ əsgərlərinin mayın 1-dən geri çəkildiyi Lağman, Bağlan, Vardak, Qaznə vilayətlərindəki 26 zastava Talibanın nəzarətinə keçib.
Talibanın Əfqanıstan qüvvələrinə “ya təslim olun, ya da öldürüləcəksiniz” təhdidi etdiyi və bundan sonra ərazilərin təslim edildiyi vurğulanıb.
Xəbərdə Talibanın ölkənin şərq hissəsində təsirini artırdığı qeyd edilib.