Türkiyə Milli Müdafiə Nazirliyi qanunsuz yollarla Suriyadan ölkəyə girməyə çalışan 4 nəfəri yaxaladığını elan edib.
Teleqraf.com xəbər verir ki, saxlanılan şəxslərdən ikisinin PKK terrorçusu olduğu təsbit olunub.
Məlum olub ki, terrorçular Şanlıurfanın Ceylanpınar və Mardinin Qızıltəpə hüdudlarında saxlanılıb.