Mali Konstitusiya Məhkəməsi Polkovnik Assimi Qoitanı ölkənin müvəqqəti prezidenti elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat verib.
Sənədə görə, Polkovnik Qoita "ölkədəki keçid prosesinə rəhbərlik etmək üçün müvəqqəti prezident" vəzifəsini icra edəcək.