Ötən ilin dekabr ayında ABŞ-ın gördüyü ən böyük kiber hücumdan sonra rus hakerləri fəaliyyətlərini daha da artırıb. Bu il may ayında ikinci, son günlər isə üçüncü kiber hücumun olduğu açıqlanıb.
Teleqraf.com xəbər verir ki, "Microsoft" şirkəti ötən ilin dekabr ayında təşkil edilən hücumun ardında “Solar Vinds” kimi tanınan haker qrupunun olduğunu və onların hökumət dairələrini, araşdırma qurumlarını hədəfə aldığını bildirib.
Hücumda 150-dən çox təşkilat və üç min elektron ünvanın hədəfə alındığı deyilir. "Microsoft" şirkəti hücumun əhəmiyyətli hissəsinin ABŞ təşkilatlarına yönəlik olduğunu açıqlamaqla yanaşı qeyd edib ki, dünyanın 24 fərqli ölkəsi də hücumda hədəf olub. Hücumun rus hakerlərin göndərdikləri saxta elektron maillərə girilməsi sayəsində baş tutduğu qeyd edilib. "Microsoft" şirkəti əlavə edib ki, hücumlar kəşfiyyat toplamaq məqsədilə xarici siyasət istiqamətində yer alan dövlət qurumlarını hədəfə alma cəhdlərinin bir parçasıdır.