29 May 2021 18:29
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Bayden administrasiyası Ermənistana 24 milyon 500 min dollarlıq yardım paketi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Məlumata görə, senatorlar və Nümayəndələr Palatasının bəzi nümayəndələri dəfələrlə Ermənistana və Xankəndinə azı 100 milyon dollar ayrılmasına dair çağırış edib.

ANCA-nın icraçı direktoru Aram Ambaryan bildirib ki, Prezident Baydenin son müharibədən sonra Xankəndi və Ermənistandakı humanitar böhran şəraitində təklif etdiyi maliyyə on minlərlə erməninin ehtiyaclarını ödəməkdən çox uzaqdır. ANCA-nın ABŞ administrasiyasının Azərbaycana ayırdığı maliyyənin həcmindən ciddi narahatlıq keçirdiyi də özünü büruzə verib. ANCA ABŞ hökumətinin neftlə zəngin Azərbaycana 120 milyon dollarlıq hərbi yardım göndərmək üçün vəsait tapdığını, amma Ermənistan və Xankəndindəki ailələr üçün bu məbləğin yalnız bir hissəsini təklif etdiyini qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər