2 Noyabr 2014 11:37
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü Fransanın Nant və Tuluza şəhərlərində keçirilən kütləvi etiraz aksiyaları polislə toqquşmalara çevrilib.

Toqquşmalar nəticəsində bir neçə nəfər xəsarət alıb. Nant şəhərində nümayişçilər polislərə içərisində yandırıcı maddə olan şüşələr və daş atıblar. Polis isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Etirazçıların bir çox yerdə vandalizm əməlləri törətdikləri bildirilir. Nəticədə Nant şəhərində 5 nümayişçi və 3 polis zabiti yaralanıb.

Tuluzada da qaşıdurmalar zamanı xəsarət alanlar olub. Nant şəhərində 21, Tuluzada isə 13 etirazçı həbs edilib.

Fransanın Lill, Bordo və Avinyon şəhərlərində də analoji aksiyalar keçirilib.

Nümayişlərə Remi Fres adlı ekologiya fəalının ölümü səbəb olub. O, ötən həftə Fransanın cənub-qərbində su bəndinin inşasına qarşı etiraz aksiyasında polislə qarşıdurma zamanı ölmüşdü. Remi Fres Fransada 1986-cı ildən bəri hüquq-mühafizə orqanlarının kütləvi etiraz aksiyasını dağıtması zamanı ölən ilk nümayişçi olub.

Ölkə prezidenti Fransua Olland ekologiya fəalının ölümünün istintaqını şəxsən öz nəzarətinə götürüb./anspress/


Müəllif:

Oxşar xəbərlər