29 May 2021 20:30
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə yeni hökuməti Yeş Atid və Yamina partiyaları qura bilər.

Teleqraf.com xəbər verir ki, İsrail mediası iki partiya arasında qeyri-rəsmi razılaşma əldə olunduğunu açıqlayb.

Əgər, bu baş verərsə. Binyamin Netanyahu baş nazir postunu boşaltmalı olacaq.

Qeyd edək ki, İsraildə martın 23-də keçirilən və son 2 ildə baş tutan 4 seçkilərin heç birində hökuməti qurmaq mümkün olmayıb. Partiyaların heç biri hökuməti qurmaq üçün tələb olunan 61 deputat mandatı qazana bilməyiblər.

Baş nazir səlahiyyətlərini icra edən Binyamin Netanyahu hökumət qura bilmədiyi üçün Prezident R.Rivlin yeni hökumət qurmaq vəzifəsini müxalifət lideri Yair Lapideyə vermişdi.

Qeyri rəsmi məlumatlara görə, İsraildə yeni hökumətin qurulması və elanı iyunun 8-də baş verə bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər