Afinaya pozitiv gündəmlə gedirik, qarşı tərəfi yaxşı qəbul etmişdik, eyni mövqeni gözləyirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Mayın 31-də Yunanıstana səfər edəcəyini deyən Çavuşoğlu səfər çərçivəsində Yunanıstan Prezidenti Kiryakos Miçotakis və XİN rəhbəri Nikos Dendiasla görüşəcək.