2 Noyabr 2014 15:59
2 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Silahlı Qüvvələrinin dağlıq-kəşfiyyat batalyonunun 147 hərbiqulluqçusu noyabrın 2-də səhər Əfqanıstandan vətənə qayıdıblar.

Teleqraf.com-un Trend-ə istinadən məlumatına görə, onlar ISAF beynəlxalq qüvvələrinin tərkibində 7 ay ərzində NATO-nun Əfqanıstandakı bazasında sülhməramlı missiyanı yerinə yetiriblər.

Bu, artıq ay yarım ərzində üçüncü batalyondur ki, Əfqanıstandan vətənə qaytarılıb. Gürcü hərbçiləri, oktyabrın 31-də bağlanılan Qəndəhar hərbi aerodromu tamamilə tərk ediblər.

Gürcü hərbçiləri Əfqanıstanda koalisiya qüvvələri ilə birlikdə bir sıra əməliyyatları yerinə yetiriblər. Dağlıq-kəşfiyyat batalyonunun hərbçiləri vətənə itkisiz qayıdıblar. Qəndəhar bazası (onların xidmət keçdiyi yer) oktyabrın 31-də bağlanılıb.


Müəllif:

Oxşar xəbərlər