Şimali Koreyanın əsl düşməni Cənubi Koreyadan istifadə edən ABŞ-dır.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın CTAC agentliyi yazıb.
Məqalədə qeyd edilib ki, ABŞ Cənubi Koreyadan istifadə edərək, hegemonluq hədəfini həyata keçirməyi planlaşdırır və bunlar axmaq davranışlardır.
Bildirilib ki, ABŞ və Cənubi Koreya hakimiyyətləri Şimali Koreyaya qarşı təcavüzkar ambisiyalarını açıq şəkildə ortaya qoyurlar.
ABŞ Dövlət Departamentinin sözçüsü Jalina Porter bundan əvvəl Amerika hökumətinin Şimali Koreya ilə əlaqə qurmaq cəhdlərinin uğursuz olduğunu deyib. Porter ABŞ-ın Şimali Koreyanın BMT-nin qərargahındakı daimi nümayəndəliyi də daxil olmaqla bir neçə kanaldan KXDR-la əlaqə qurmağa çalışdığını bildirib. Lakin Amerika rəhbərliyi Şimali Koreya tərəfdən cavab ala bilməyib.