31 May 2021 10:08
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada saxlanılan rus ticarət gəmisi “Amur”un kapitanı və gəmi sahibi Sapporodakı Rusiya Baş Konsulluğundan rəsmi olaraq kömək istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə baş konsul Sergey Marin məlumat verib.

“Konsul dünən axşamdan bəri oradadır, kapitan və gəmi sahibi rəsmi olaraq konsulluqdan yardım istəyib”, - baş konsul qeyd edib.

O əlavə edib ki, yaxın günlərdə bu məsələ ilə bağlı qərar veriləcək.

Mayın 26-da Rusiya ticarət gəmisi “Amur” və Yaponiyanın “Day-hati Hokko-maru” balıqçı gəmisi Hokkaydo sahillərində toqquşub. Nəticədə beş yapon dənizçisi xilas edilsə də, yaralılardan üçü ölüb. Yaponiya tərəfi hadisə ilə bağlı istintaq aparır və Rusiya gəmisinin kapitanı cinayət məsuliyyətinə cəlb edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər