31 May 2021 12:52
22 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fedeal Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyi və “Rosqvardiya” yüzə yaxın yeraltı silah istehsalı müəssisəni üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, əməliyyatın 25 bölgədə - Smolenskdən Yəhudi Muxtar Vilayətinə qədər aparıldığı bildirilib.

Təhlükəsizlik qüvvələri silah istehsalı və satışı ilə məşğul olan 96 nəfəri saxlayıb, onlardan 385 ədəd odlu silah götürülüb.

Ümumilikdə, əməliyyat zamanı 29 gizli silah-sursat istehsalı sexi aşkar olunaraq məhv edilib.

Xatırladaq ki, son dəfə gizli silah istehsalçılarının həbsləri mart ayında baş verib. Həmin vaxt Rusiya kəşfiyyatı 72 gizli emalatxana aşkar edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər