Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə saxlanılaraq ölkəyə gətirilib.
Teleqraf.com xəbər verir ki, Fətullah Gülənlə FETÖ arasında əlaqələndirici olan Səlahəddin Gülənə qarşı Cinayət Məcəlləsinin silahlı terror qruplaşmasına üzv olmaq maddəsi ilə ittiham irəli sürülüb.