İraqın paytaxtı Bağdadda bomba yüklü avtomobillə təşkil edilən hücum zamanı ölənlərin sayı 26-ya çatıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, hücum nəticəsində 50 nəfər yaralanıb.
Şiddətli partlayış zamanı həyatını itirən və yaralananların mlki əhali və ya hərbçilər olduğuna dair məlumat verilmir.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Digər xəbər görə, İraqın Səlahəddin şəhərində terror təşkilatı IŞİD-in 18 üzvünün öldürüldüyü bildirilib.
İraq ordusunun komandiri,general-leytenant Abdulvahhab es-Səidi orduya aid təyyarələrin Səlahəddinin mərkəzi mahalı - Tiqrit şəhəri yaxınlığında, IŞİD-ə aid bir qərargaha təşkil etdiyi hava hücumu zamanı 18 IŞİD üzvünün öldüyünü bildirib. Səidi hadisə zamanl İŞİD-ə aik iki texnikanın məhv edildiyini də deyib.
Nihad