Rusiya xüsusi xidmət qurumları Donetsk və Luqanskdakı seçkilərdə terror aktı keçirməyi planlaşdırırlar.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu açıqlama ilə Ukraynanın Müdafiə nazirinin sabiq məsləhətçisi Valeri Qeleteya öz Feysbuk səhifəsində çıxış edib.
O, partlayışların əsasən seçki məntəqələrində planlaşdırıldığını və sonradan bu partlayışlara görə, Ukraynanın antiterror qüvvələrinin günahlandırılacağını bildirib.