İngiltərənin Xarici İşlər naziri Dominik Rab NATO-nun bu gün keçirilən toplantısında Rusiyanın təhlükəli fəaliyyətləri barədə açıqlama verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat verib.
Diplomat İngiltərə hökumətinin Ukrayna ilə sərhəddə hərbi qüvvələrin yığılması daxil olmaqla, Rusiyanın bir sıra fəaliyyətlərinə etirazlarını bildirməyə qərar verdiyini söyləyib.
Rab Rusiyanın “dost olmayan ölkələr” siyahısına daxil ediləcəyini də açıqlayıb.
Nazir Moskvanın “səssiz razılığı” olmadan “Ryanair” təyyarəsinin Minskə endirilməsinin mümkün olmadığını, bu məsələyə də baxılacağını deyib.
Qəzet NATO Baş katibi Yens Stoltenberqin bu məsələlərdə ingilis nazirlə həmfikir olduğunu diqqətə çatdırıb.