1 İyun 2021 10:56
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin müdafiə naziri Danimarkadan bu ölkənin kəşfiyyat xidmətinin Almaniya Kansleri Angela Merkel daxil olmaqla, Avropa liderlərinin telefon danışığını dinləmək üçün ABŞ-a kömək etməsinə dair izahat tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Peter Xalkvist bildirib

“Kartlar masanın üzərindədir”, - deyən İsveç müdafiə naziri müttəfiqlərin telefon danışığının dinlənilməsini qəbuledilməz adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Danimarka deputatı K.Henge bu məlumatla bağlı Müdafiə Nazirliyinə və Ədliyyə Departamentinə sorğu göndərəcəyini elan etmişdi.

“Hökumət Danimarkanın nəyə görə ABŞ kəşfiyyatı üçün könüllü vasitə kimi davrandığını və bunun Danimarkanın qonşuları ilə əməkdaşlıq üçün nə demək olduğunu izah etməlidir”,- deputat bəyan edib.

Məlumat üçün bildirək ki, Danimarkanın DR televiziya kanalı bu ölkənin Hərbi Kəşfiyyat Xidmətinin (FE) 2014-cü ildə ABŞ-a qonşu ölkələrə qarşı casus kimi fəaliyyət göstərib-göstərməməsini gündəmə gətirib.

İstintaq Danimarka xüsusi xidmətinin Almaniya, Fransa, İsveç və Norveçin siyasi liderlərini dinlədiyi nəticəsinə gəlib.


Müəllif: Cavad

Oxşar xəbərlər