2 Noyabr 2014 20:59
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq hökuməti İŞİD-in ölkənin qərbindəki Anbar vilayətində, sünni Elbu Nimr aşirətinə mənsub 322 nəfəri öldürdüyü barədə rəsmi açıqlama yayıb.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, təkcə bu gün aşirətdən 50 nəfərin öldürüldüyü bildirilib.

İraq İnsan Haqları Nazirliyi 50 cəsədin bir su quyusunda tapıldığını, eyni aşirətdən 65 nəfərin isə qaçırılıb girov saxlanıldığını bildirib.

Öldürülənlər arasında qadınlar və uşaqlar da var.

Məlumatda o da qeyd olunub ki, İŞİD aşirətə aid heyvan sürülərini də aparıb.

Qeyd edək ki, eyni aşirətdən daha 50 nəfər də ötən həftənin cümə günü öldürülüb. Onların da cəsədi bir quyuda tapılıb.


Müəllif:

Oxşar xəbərlər