2 Noyabr 2014 21:45
568

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqanskda bu gün keçirilən saxta parlament seçkilərinin Ukrayna və dünya birliyi tərəfindən tanınmayacağın bəyan edib.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, Poroşenko bildirib ki, Donetsk və Luqansk vilayətlərinin işğal edilmiş rayonlarında "seçkilər" yerli sakinlərin ümumi iradəsini qətiyyən ifadə etmir. Ukraynanın dövlət başçısı ictimaiyyətin diqqətinə çatdırıb ki,bu, Minsk razılaşmasının kobud pozulması deməkdir:

"Baş verənlər tankların və avtomatların təhdidi altında qurulan bir məzhəkədir. Ukraynanın bütün ərazisində seçkilər məhz Ukrayna qanunvericiliyinə uyğun bir şəkildə keçirilməlidir",

Nail Cəlil


Müəllif:
Загрузка...