Ümumdünya Səhiyyə Təşkilatı bu gün "Sinovac-CoronaVac" COVID-19 peyvəndini fövqəladə hallarda istifadə üçün təsdiq etdi.
Teleqraf.com xəbər verir ki, bu, peyvəndin beynəlxalq təhlükəsizlik, effektivlik və istehsal standartlarına cavab verməsinin göstəricisidir.
Qeyd edək ki, ÜST tərəfindən indiyə qədər "Pfizer/BioNTech", "Astrazeneca-SK Bio, Serum Institute of India", "Astra Zeneca EU", "Janssen", "Moderna" and "Sinopharm" peyvəndləri fövqəladə hallarda istifadə üçün təsdiqlənib.