Türkiyə Milli Müdafiə Nazirliyinin “Dəniz qurdu-2021” hərbi təlimləri uğurla davam edir.
Teleqraf.com xəbər verir ki, iyunun 6-na qədər davam edəcək təlimlər qardaş ölkənin müdafiə qabiliyyətini artırmağa xidmət edir.
“Mayın 25-də Egey, Şərqi Aralıq dənizində başlayan və iyunun 6-na qədər davam edəcək “Dəniz qurdu-2021” təlimləri uğurla davam edir”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.